İQTİSADİYYAT
“Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) “Optimal Elektronika” MMC-nin tədavül müddəti 18 (on səkkiz) təqvim ayı olan AZ2001023590 dövlət qeydiyyat nömrəli, 2 milyon 500 min AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12 faiz, faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon 500 min AZN təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon 500 min AZN olub.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.