DÜNYA


Orban: Qitənin gələcəyi üçün məsuliyyət Mərkəzi Avropanın üzərinə düşür

Budapeşt, 18 noyabr, AZƏRTAC 

Macarıstanın Baş Naziri Viktor Orban Çexoslovakiyada “məxməri inqilab”ın 30 illiyi münasibətilə bu gün Bratislavada keçirilən təntənəli mərasimdəki çıxışında bildirib ki, Qərbi Avropada iqtisadi artımın ləngiməsi ilə əlaqədar Avropa İttifaqının gələcəyi üçün məsuliyyət Mərkəzi Avropa ölkələrinin üzərinə düşür.

AZƏRTAC MTİ agentliyinə istinadla xəbər verir ki, Macarıstan lideri slovakiyalı, çexiyalı və polşalı həmkarları ilə birlikdə “Azadlıq mübarizləri” memorialı önünə əklil qoyub.

“Ölkələrimiz möhkəm dayanmalı, istər iqtisadi, istərsə də siyasi baxımdan heç kimdən asılı olmamalıdır”, - deyən Orban daha sonra əlavə edib ki, Vışeqrad dördlüyü ölkələrində iqtisadi artım sürətinin Avropa üzrə orta göstəricilərlə müqayisədə 2 faiz yüksək olması tezliklə bu dörd ölkənin iqtisadi baxımdan özünü təmin edə biləcəyini ümid etməyə əsas verir.

Dyer Universitetinin professoru Mikloş Paal Orbanın bu bəyanatını AZƏRTAC üçün şərh edərək deyib ki, bu arzunun yaxın gələcəkdə reallaşacağını söyləməyə əsas yoxdur, çünki Vışeqrad dördlüyü ölkələrindən ixracın 85 faizi əvvəlki kimi yenə də Qərbi Avropaya gedir. Ekspert deyib: “/İllüziyalara uymağa dəyməz. Ölkələrimiz Avropanın qalan hissələri ilə möhkəm bağlıdır, özünü təcrid etməyin perspektivi yoxdur”.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.