REGİONLAR


Ordubad rayonunda dördgünlük humanitar tibbi aksiya davam edir

Ordubad, 9 may, AZƏRTAC

Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dördgünlük humanitar tibbi aksiyaya start verib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə mayın 8-də xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi Ordubad Rayon Mərkəzi Xəstəxanasına gəlib. Briqadada həkim cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama-ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Aytən Xələfova, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə ilk gün 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentləri tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə tibbi xidmət göstərib.

Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.

Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib və minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.