CƏMİYYƏT


Ordubad rayonunun Ağdərə qəsəbəsində qar örtüyünün hündürlüyü 27 santimetrə çatıb

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-i saat 11:30-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27, Sarıbaşda (Qax) 22, Qrızda 14 santimetr, Xaltan, Şahbuzda 10, Daşkəsəndə 8, Altıağacda 7, Naxçıvanda 6, Göygöl, Lerikdə 5, Qobustanda 4, Qubada 3, Qusarda 1 santimetr olub.

Gözlənildiyi kimi, şimal-qərb küləyi yanvarın 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəzlənib. Küləyin maksimal sürəti Naftalanda saniyədə 26, Qobustanda 22, Gəncə, Tovuz, Şamaxıda 20, Ağstafa, Göyçay, Şəkidə 18, Yevlaxda 17, Bərdə, Tərtərdə 16, Şərurda 15, Bakıda 30, Abşeron yarımadasında 25, Abşeron dəniz rayonunda 20 metrədək güclənib.

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.6 metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.