Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ordubad rayonunun Baş Dizə kəndində məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilib

Ordubad, 28 oktyabr, AZƏRTAC

Muxtar respublikada müasir kənd infrastrukturu yaradılır, ən ucqar dağ və sərhəd kəndlərində də geniş abadlıq-quruculuq işləri aparılır. Kəndlərdə müasir tədris imkanları olan məktəb binalarının və sosial obyektlərin istifadəyə verilməsi, dayanıqlı elektrik enerjisi və təbii qaz təminatı, rabitə xidmətinin göstərilməsi və sürətli internetə çıxış imkanlarının yaradılması insanların rahat yaşayışının təmin olunmasına imkan verib. Müstəqilliyimizin bəhrəsi olan bu tədbirlər son illər Ordubad rayonunda da uğurla həyata keçirilib, kəndlər müasir görkəm alıb.

Baş Dizə kənd tam orta məktəbi üçün

 yeni bina tikilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də Baş Dizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Baş Dizə kənd tam orta məktəbinin direktoru Şükür Həsənov çıxış edərək deyib ki, Ordubad rayon Baş Dizə kəndində geniş quruculuq işlərinin aparılması kəndi müasir yaşayış məntəqəsinə çevirib. Kəndimizdə hər cür şəraitə malik müasir tipli məktəb binası inşa olunub. Artıq kənd sakinlərinin bütün çətinliklərinə son qoyulub. Şagirdlər müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsinin Baş Dizə kəndinin həyatında əlamətdar hadisə olduğunu bildirib, bu münasibətlə sakinləri və kollektivi təbrik edərək deyib: Oktyabrın 18-də ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olundu. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət müstəqilliyini qorumaq onu əldə etməkdən qat-qat çətindir”. Ötən dövrdə ölkəmizdə həyata keçirilən tədbirlər, Ulu Öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur.

Ali Məclisin Sədri deyib: Hər bir ölkənin gələcəyi məktəbdə hazırlanır. Ulu Öndərimiz deyirdi ki, “Təhsil alan hər bir gənc ölkəmizin gələcəyidir”. Bu səbəbdən də ölkəmizdə təhsilin inkişafına, məktəb tikintisinə xüsusi diqqət yetirilir, müasir tədris şəraiti yaradılır. Həyata keçirilən tədbirlər imkan verir ki, ölkəmizin bütün bölgələrində gənclər hərtərəfli təhsil alsın, vətənpərvər böyüsün, özlərini müstəqil Azərbaycanın gələcəyinə hazırlasınlar. Baş Dizə kənd tam orta məktəbi də müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Hər bir peşə sahəsinin öz tələbi vardır. İnşaatçılar üzərlərinə düşən vəzifələri yerinə yetirmiş, məktəb binasında tikinti işləri keyfiyyətlə aparılmışdır. Yaradılan şəraitdən səmərəli istifadə edərək şagirdlərə hərtərəfli təhsil vermək, vətənpərvər və dünyagörüşlü gənclər böyütmək, ölkəmizin gələcəyini hazırlamaq isə məktəb kollektivinin qarşısında duran vəzifədir.

Ali Məclisin Sədri məktəb binasının tikintisində əməyi olanlara təşəkkür edərək deyib: Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin daha da inkişafı üçün gənclərin hazırlanmasına xüsusi diqqət yetirməliyik. Hər bir gəncə təhsil verməklə yanaşı, həm də peşə öyrədilməlidir. Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında gənclərin peşə, orta, orta ixtisas və ali təhsil alması üçün hər cür şərait yaradılmışdır. Bundan başqa təhsildə fərqlənən gənclər xarici ölkələrdə ali təhsil almağa göndərilir. Ona görə də məktəbin kollektivi müasir tədris avadanlıqlarından istifadə edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməli, məktəbdə tədrisin səviyyəsi yüksəldilməlidir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin daha da artırılacağına və təhsil ocağının muxtar respublikanın qabaqcıl məktəbləri sırasına qoşulacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.

Məlumat verilib ki, 156 şagird yerlik 3 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Məktəbdə 13 kompüter quraşdırılıb və internetə qoşulub, kitabxana fondunda 3 mindən çox kitab şagirdlərin istifadəsinə verilib.

Baxış zamanı Ali Məclisin Sədri kitabxanalardan istifadənin tədris prosesindəki əhəmiyyətini qeyd edib, kitabxana işinin təşkili ilə bağlı tapşırıqlar verib.

Hərbi kabinədə lazımi şəraiti yaradılıb. Geniş və işıqlı idman zalı isə fiziki tərbiyə dərslərinin tədris proqramına uyğun keçirilməsinə və şagirdlərin fiziki hazırlıqlarının artırılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri kimya-biologiya və fizika laboratoriyalarında olub, bu fənləri tədris edən müəllimlərin təkmilləşdirilmə kurslarında iştirakının vacibliyini bildirib.

Elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə əlaqə yaradılaraq 209 təhsil müəssisəsinin iştirakı ilə distant dərs keçirilib.

Ali Məclisin Sədri müəllimlərlə görüşüb, onları təbrik edərək deyib: Gənclər ölkəmizin gələcək inkişafının təminatçılarıdır. Ona görə də gənclərə peşə öyrədilməsi, vətənpərvər yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Məktəbdə şagirdlərin fərdi hazırlığına diqqət yetirilməli, hər bir şagird yaxşı təhsil almaqla yanaşı, həm də gələcəkdə peşə sahibi olmalıdır. Çünki bu gün peşə öyrənən və vətənpərvər böyüyən hər bir gənc gələcəkdə dövləti üçün yararlı vətəndaş olacaqdır.

Gənc müəllim Aliyə Əliyeva minnətdarlıq edərək deyib: Ölkəmizdə Ümummilli Liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi digər sahələrlə yanaşı, təhsilin inkişafına da səbəb olub. Bu gün muxtar respublikada gənc müəllimlərin fəaliyyəti üçün lazımi şərait vardır. Mən Culfa rayonunun Bənəniyar kənd sakiniyəm. Keçirilən təhsil yarmarkasında Baş Dizə kənd tam orta məktəbinə təyinat almışam. Məktəbdə ingilis dili fənnini tədris edirəm. Dövlətimiz tərəfindən fəaliyyətim üçün bütün şərait yaradılıb. Müasir məktəb binasının istifadəyə verilməsi də bu qayğının daha bir ifadəsidir. Pedaqoji kollektiv bundan sonra da Ali Məclis Sədrinin “Məktəb bizim evimizdir” fikirlərini əsas götürərək tədrisin səviyyəsini yüksəldəcək, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklər.

Baş Dizə Kənd Mərkəzi istifadəyə verilib

Oktyabrın 28-də Baş Dizədə kənd mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada dövlət qurumları üçün yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, mərkəzdə rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün otaqlar, 40 yerlik iclas zalı yerləşir.

Kənd mərkəzində baytarlıq məntəqəsinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, dərman preparatları qoyulub. Baytarlıq məntəqəsi kənddə yoluxucu xəstəliklərin yayılmaması üçün planlı şəkildə epizootiya əleyhinə profilaktiki tədbirlərin aparılmasında, heyvandarlıq məhsullarının keyfiyyətinə nəzarətin həyata keçirilməsində mühüm rol oynayacaqdır.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəlil Fərəcov deyib ki, Baş Dizə kəndində insanların əsas məşğuliyyət sahəsi bağçılıq, heyvandarlıq və arıçılıqdır. Kənd sakinləri güzəştli şərtlərlə kreditlər götürərək öz təsərrüfatlarını genişləndirirlər. Son illər götürülən kreditlər hesabına kənddə 20 hektardan artıq meyvə bağı salınıb, iri və xırdabuynuzlu heyvanların, arı ailələrinin sayı artırılıb.

Kitabxana fondunda 7655 kitab vardır. Onlardan 1727 ədədi latın, 5928 ədədi isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Hazırda kitabxanada 102 oxucu qeydiyyatdadır.

Rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində Baş Dizə kəndində mühüm tədbirlər görülüb, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılıb, elektron Avtomat Telefon Stansiyası quraşdırılıb. Kəndə fiberoptik xətt çəkilib, sürətli internetə çıxış imkanı yaradılıb.

Yeni Azərbaycan Partiyası Baş Dizə kənd ərazi ilk təşkilatının sədri Tural Tağıyev deyib ki, kənddə 117 partiya üzvü vardır. Onlardan 55-i qadınlar, 43-ü isə gənclərdir. Partiya üzvləri kəndin abadlaşmasında bundan sonra da səylərini artıracaqlar.

Xidmət mərkəzində lazımi şərait yaradılıb

Oktyabrın 28-də Baş Dizə kəndində yeni xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, xidmət sahələrində yaradılan şəraitlə tanış olub.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza fəaliyyət göstərir. Mağazada yerli istehsala üstünlük verilir, kənddə yetişdirilən meyvələrin və hazırlanan müxtəlif ərzaq məhsullarının satışı həyata keçirilir. Mərkəzdə 6 nəfər işlə təmin olunub. Bildirilib ki, xidmət mərkəzində yeni işlə təmin olunan bərbər, qadın saç ustası və dərzi Ordubad Texniki Peşə və Sürücülük Məktəbində təhsil alaraq müvafiq peşələrə yiyələniblər.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Baş Dizə kəndinin abad yaşayış məntəqələri sırasına daxil olduğunu bildirərək deyib: Kənddə aparılan quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Baş Dizə kəndində sosial problemlər həll olunub. İnsanların ölkəmizdə həyata keçirilən siyasi xəttə sədaqət göstərməsi, xalq-dövlət birliyi inkişafın əsas səbəbidir. Ona görə də sakinlər yaradılan şəraitdən səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, kənd daha da abadlaşdırılmalıdır.

Kənd ağsaqqalı Heydər Fərəcov sakinlər adından minnətdarlıq edərək deyib: Bu gün muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Ordubad rayonunda da geniş quruculuq işləri aparılır. Sakinlərin rifahı yüksəlib. Baş Dizə kəndində aparılan quruculuq işləri onun simasını dəyişib. Kənd müasirləşib, şəhər görkəmi alıb. Yüksək rifah və sabitlik şəraitində yaşayırıq. Ölkəmizin inkişafını ən ucqar dağ kəndinin sakinləri də öz həyatlarında hiss edirlər. Bütün bu işlərlə, müstəqil dövlətimizlə qürur duyuruq. Ona görə də yaradılan abadlığı, əldə olunan inkişafı daim qoruyacaq, təsərrüfatlarımızı genişləndirəcək, ölkəmizin inkişafında pay sahibi olacağıq.

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Qürbət Rzayev rayonda həyata keçirilən quruculuq işlərinə görə sakinlər və partiya üzvləri adından minnətdarlıq edib.

X X X

Baş Dizə kəndində aparılan quruculuq işləri zamanı kənddaxili avtomobil yolları da yenidən qurulub, 2100 metr yola asfalt örtük salınıb, 55 su keçidi qoyulub, 561 metr beton kanal çəkilib. Yolun üzərindəki körpü təmir edilib, istinad divarı tikilib. Kənddə rabitə, elektrik və qaz xətləri də yenilənib, 620 metr fiberoptik kabel, 1135 metr müxtəlif tutumlu rabitə xətti, 600 metr elektrik xətti çəkilib, 6 kilometr müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar