REGİONLAR


Ordubad rayonunun Dəstə kəndində kompleks quruculuq işləri görülür

Ordubad, 2 avqust, AZƏRTAC

Ordubad rayonunun Dəstə kəndində yeni məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçılarına həvalə olunub.

Qısa müddət ərzində 900 şagird yerlik, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binasında tikinti işləri başa çatdırılıb. Bu yaşayış məntəqəsində 2 mərtəbədən ibarət həkim ambulatoriyası üçün də yeni binanın tikintisi davam edir.

İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq. Xidmət mərkəzində isə sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər göstəriləcək.

Kompleks quruculuq tədbirləri çərçivəsində 15 kilometrlik kəndarası yolda yenidənqurma işləri aparılır. Bu tədbirləri isə Culfa rayonunun yol inşaatçıları həyata keçirirlər. İnşaatçılar onlara tapşırılan işin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.