REGİONLAR


Ordubad rayonunun Vənənd kəndində yeni obyektlərin tikintisi sürətlə davam etdirilir

Ordubad, 19 avqust, AZƏRTAC

Ordubad rayonunun Vənənd kəndində bu ilin əvvəlindən kompleks quruculuq işləri aparılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kənddə 3 mərtəbədən ibarət 432 şagird yerlik məktəb binasının qapı və pəncərələri, döşəməsi, elektrik və rabitə xətləri, dam örtüyü yenilənib.

Yaşayış məntəqəsində Uşaq Musiqi Məktəbi üçün yeni bina da tikilir. Bina 3 mərtəbədən ibarət olacaq.

Vənənd kəndində inşa olunan Kənd Mərkəzi də yaşayış məntəqəsinin simasına gözəllik qatacaq. Burada icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının ərazi ilk təşkilatı, baytarlıq, poçt, mədəniyyət evi, kitabxana, rabitə evi, polis sahə məntəqəsi üçün hər cür şərait yaradılacaq.

Əhaliyə nümunəvi ticarət, məişət və tibb xidmətləri göstərilməsi üçün kənddə müasirtipli xidmət mərkəzi və müasir ambulatoriya da inşa olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.