REGİONLAR


Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edilib

Ordubad, 31 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərdən ibarət həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ambulator müayinələr zamanı məktəbin yataqxanasında yaşayan 40 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Humanitar aksiya çərçivəsində yoluxucu xəstəliklərə qarşı mübarizədə şəxsi gigiyenanın əhəmiyyəti barədə səhiyyə maarifi işi aparılıb, şagirdlər gündəlik gigiyenik məişət əşyaları ilə təmin olunub, alınmış şirniyyat məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəblilərə 1-11-ci siniflər üzrə test kitabları paylanılıb. Hər iki valideynini itirmiş 1, valideynlərindən birini itirmiş 4 şagird qış geyim dəsti ilə təmin edilib.

Sonra həkim, müəllim və şagirdlər üçün çay süfrəsi açılıb.

Məktəbin direktoru Məzahir Xəlilov şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu davamı kimi dəyərləndirərək minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.