REGİONLAR


Ordubad şəhər tam orta internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Ordubad, 2 iyun, AZƏRTAC

Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək həyata keçirilən dövlət uşaq siyasəti barədə danışıblar. Bildirilib ki, bu gün ölkəmizdə və muxtar respublikamızda yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, erkən nikaha və cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Çıxış edənlər sonda uşaqlara təhsildə müvəffəqiyyətlər arzulayıb, əlamətdar gün münasibətilə uşaqları təbrik ediblər.

Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Yunis İsmayılov çıxış edərək uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şagirdlər adından minnətdarlığını bildirib.

Sonda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideyn himayəsində yaşayan və aztəminatlı ailələrdən olan 41 uşağa hədiyyə və şirniyyat bağlamaları təqdim edilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.