REGİONLAR


Ordubadda ekstremal yürüş üzrə birinciliyin qalibləri müəyyənləşib

Ordubad, 1 noyabr, AZƏRTAC

Ordubad rayonunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yeniyetmə və gənclər arasında ekstremal yürüş üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yürüşdə 100 nəfər iştirak edib və idmançılar Kotam kənd yolundan İnternat tam orta məktəbinədək 3 kilometr məsafəni qət ediblər. Gərgin keçən yarışın yekun nəticələrinə görə, oğlanlar arasında Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin şagirdi Ayhan Tağızadə birinci, şəhər internat tam orta məktəbinin şagirdləri Əli Əliyev ikinci, Vüqar İmanov isə üçüncü olub.

Yürüşə qatılan qızlar arasında isə Ordubad şəhər 3 saylı tam orta məktəbin şagirdləri Duyğu Əsədova birinci, Könül Kərimli ikinci, Gülçin Qasımova üçüncü yeri tutub.

Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, yarış Ordubad Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Hava və Ekstremal İdman növləri Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.