REGİONLAR


Ordubadda taxıl biçini başa çatıb

Ordubad, 16 iyul, AZƏRTAC

Ordubad rayonu üzrə cari ildə 1685 hektarda taxıl yetişdirilib. İyulun 15-nə bütün sahənin məhsulu tədarük edilib, 4 min 785 ton taxıl götürülüb. Bu, hər hektardan orta hesabla 28,4 sentner məhsul deməkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ayrı-ayrılıqda götürdükdə, bu il rayonun Dəstə, Düylün, Biləv, Aza, Vənənd, Azadkənd, Sabirkənd və Üstüpü kəndlərində daha çox taxıl əkilib-becərilib.

Qeyd edək ki, bu il Ordubad rayonunda taxıl biçininə 5 kombayn cəlb edilib. Kombaynçılar istər ehtiyat hissələri ilə, istərsə də sürtkü yağları və yanacaqla təminatda heç bir problemlə qarşılaşmayıblar. Biçin zamanı texniki təhlükəsizlik qaydalarına tam əməl edilməsi nəticəsində isə heç bir xoşagəlməz hadisə baş verməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.