REGİONLAR
Ordubadlı uşaqlar “Qırmızı papaq” tamaşasına baxıblar
Ordubad, 21 fevral, AZƏRTAC
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Ordubad Rayon Mədəniyyət Evində uşaq və məktəblilər üçün “Qırmızı papaq” tamaşasını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl teatrın bədii rəhbər-direktoru, Xalq Artisti Şirzad Abutalıbov çıxış edərək, Naxçıvan Dövlət Kukla Teatrının keçdiyi yaradıcılıq yolu haqqında qısa məlumat verib.
“Qırmızı papaq” tamaşasında bütün nağıl-tamaşalarda olduğu kimi xeyirin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Sehrli nağıllardan fərqli olaraq burada baş verən hadisələr real həyat üzərində qurulub.
Maraqlı tamaşada obrazları teatrın aktyorları Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və başqaları canlandırıblar.
Tamaşanın quruluşçu rejissoru Nadir Hüseynov, tərtibatçı rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Əli Səfərli, bəstəkarı Əli Məmmədovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]