Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ordumuz Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə müntəzirdir VİDEO

Ağsu, 4 aprel, AZƏRTAC

Ağsu rayon ictimaiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında Ali Baş Komandan İlham Əliyevin konkret mövqeyini ürəkdən alqışlayır, dövlətimizin başçısının hər bir əmrinə səfərbər olduqlarını bildirirlər.

AZƏRTAC xəbər verir ki, aprelin 4-də Ağsu şəhər mədəniyyət sarayında keçirilən yığıncaqda çıxış edən rayon rəhbərliyi, Qarabağ müharibəsi veteranları, ağsaqqallar və gənclər aprelin 2-nə keçən gecə erməni qoşunlarının təxribatını və Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbəsini bir daha diqqətə çatdıraraq, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışının erməni separatçılarına ciddi xəbərdarlıq olduğunu söyləyiblər. Vurğulanıb ki, cavab zərbəsində erməni silahlı qüvvələri xeyli canlı qüvvə və texnika itirib, bir sıra strateji yüksəkliklər azad olunub.

Qarabağ Əlilləri və Veteranları Şurası rayon şöbəsinin sədri Allahverdi Qəmbərov Prezidentin çıxışından aşağıdakı fikri sitat gətirib: “Biz sadəcə olaraq təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilsə, onlar yenə də öz cəzalarını alacaqlar. Bu bir. İkincisi, biz öz torpaqlarımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun”. A.Qəmbərov dövlətimizin başçısının bu bəyanatının hər bir Azərbaycan vətəndaşının qəlbindən gəldiyini söyləyib.

Çıxışlarda hər bir ağsulunun Prezidentin əmrlərinə səfərbər olduğu bildirilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevə qəbul olunan müraciətdə də bu fikir dönə-dönə vurğulanıb.

X X X

İsmayıllı rayon ictimaiyyəti nümayəndələrinin aprelin 4-də keçirilən yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 2-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışına və cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bəyanatına dəstək nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 25 ildən çoxdur torpaqlarımızı işğal altında saxlayan tarixi düşmənlərimizin nəticə çıxarmaq əvəzinə, atəşkəsi pozmağa, yeni ərazilər zəbt etməyə cəhd göstərdiklərini qeyd edib. Cəbhə bölgəsində baş verən son hadisələrin ermənilər tərəfindən törədilən böyük təxribat olduğunu, Azərbaycan ordusunun bu təxribata layiqli cavab verdiyini diqqətə çatdırıb. Bir çox yaşayış məntəqələrimizi təhlükə altında saxlayan yüksəkliklər, müşahidə məntəqələri düşməndən geri alınıb, işğalçının qurduğu hərbi istehkamlar dağıdılıb, həmin yerlərdə öz ordumuz möhkəmlənib. Natiq qeyd edib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasındakı çıxışı erməni separatçılarına layiqli cavab olmaqla, bir daha hər birimizi səfərbər olmağa, vətənimizin azadlığı üçün yüksək məsuliyyətə çağırır.

Diqqətə çatdırılıb ki, ordumuz düşməni böyük itkilərə məruz qoyub. Azərbaycan tərəfi atəşi birtərəfli dayandırsa da, işğalçı tərəf yenə də riyakar, təcavüzkar siyasətini silahla həyata keçirməyə çalışır.

Toplantıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, I qrup Qarabağ müharibəsi əlili Əlisahab Əzizov, şəhid ailəsi Ədibə Əliyarova, ağsaqqal ziyalı, Əməkdar müəllim Şəfaqət Rəsulov, Qarabağ müharibəsi əlili, əsgər atası Ravid Pənahov, rayon icra hakimiyyətinin işçisi Göyçək Rəhimova çıxış edərək, hər an Vətən uğrunda vuruşmağa hazır olduqlarını söyləyiblər. Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından irəli gələn vətənpərvərlik, döyüşmək, səfərbərlik ruhu hər bir azərbaycanlını Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırır.

Prezident İlham Əliyevin ünvanına toplantı iştirakçıları adından müraciət qəbul olunub.

X X X

Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilən iclasında dövlətimizin başçısının çıxışının kürdəmirlilərdə ruh yüksəkliyi yaratdığı bildirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları aprelin 1-dən 2-nə keçən gecə cəbhə bölgəsində Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını alarkən həlak olan, ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncağı açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də Azərbaycan dövləti diplomatik müstəvidə özünün bütün resurslarından maksimum istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir. Hamıya məlum olduğu kimi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünə qarşı törədilən qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik üçün ciddi təhlükə yaradır. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ümumiyyətlə, Ermənistan ordusunun qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində təxribatçı hərəkətlərini davam etdirməsi bu ölkənin mövqeyini açıq şəkildə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlık Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın bu təxribatçı hərəkətlərini təhlil edərək deyib: “Bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm”.

Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı münaqişənin həlli istiqamətində bütün dünya ictimaiyyətinə öz prinsipial mövqeyini bir daha bəyan edərək bildirib: “Mən bir daha demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur...”

Yığıncaqdakı çıxışlarda Silahlı Qüvvələrimizin aprelin 2-də təmas xəttində Ermənistan Ordusu üzərindəki böyük hərbi qələbəsindən rayon ictimaiyyətinin iftixar hissi keçirdiyi, torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsi istiqamətində apardığı qətiyyətli, prinsipial fəaliyyətində kürdəmirlilərin ölkə başçısının ətrafında sıx birləşdikləri vurğulanıb.

Erməni təxribatının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındığı, əks həmlə ilə onlara layiqli cavab verildiyi, Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə torpaqlarımızın işğaldan azad ediləcəyi və bütün məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdacaqları əminliklə söylənilib. Qeyd olunub ki, kürdəmirlilər Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirlər.

Sonda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

 

Ordumuz Ali Baş Komandan İlham Əliyevin hər bir əmrinə müntəzirdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb