CƏMİYYƏT


Orduxan Qəhrəmanzadə: Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması bir ilkdir VİDEO

Bakı, 25 iyul, Səlim Rəhimzadə, AZƏRTAC

Ötən ilin oktyabrında təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bu gün ilk beynəlxalq sammitini keçirir. Dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən biri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması idi və bu, bir ilkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə jurnalistlərə müsahibəsində söyləyib.

O bildirib ki, Sammitdə 60-dan çox ölkənin gənclər üzrə nümayəndələri iştirak edir. “Qoşulmama Hərəkatının ilk dəfə Azərbaycanda beynəlxalq simulyasiya konfransını keçirəcəyik. Sammitin son günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərimiz nəzərdə tutulub. Burada Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatına keçirilməsi ilə bağlı müzakirələr aparacağıq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.