DÜNYA
Orenburqda Viktor Çernomırdinin xatirə kompleksi tikilir
Moskva, 10 avqust, AZƏRTAC
Rusiyanın Orenburq vilayətində tanınmış dövlət xadimi Viktor Çernomırdinin xatirə kompleksinin və onun adına təhsil mərkəzinin tikintisi sentyabrın 1-dək başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini yerinə yetirən Denis Pasler Prezident Vladimir Putin ilə görüşdə məlumat verib. Kompleks V.Çernomırdinin doğulduğu Çerniy Otroq kəndində tikilir. D.Pasler Vladimir Putini kompleksin açılışına dəvət edib.
Xatırladaq ki, Viktor Çernomırdin 1992-1998-ci illərdə Rusiyanın Baş Naziri, sonrakı dövrlərdə ölkə prezidentinin müşaviri, MDB dövlətləri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]