İDMAN


Orenburqda yaşayan həmvətənimiz boks üzrə Dünya Kuboku yarışlarının qalibi olub

Moskva, 15 aprel, AZƏRTAC

Rusiyanın Orenburq vilayətində yaşayan həmvətənimiz Qabil Məmmədov boks üzrə Dünya Kuboku yarışlarının qalibi olub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı idmançı Almaniyanın Köln şəhərində keçirilmiş yarışlarda qızıl medal qazanıb. Yarışlarda ABŞ, Rusiya, Kuba və digər ölkələrdən güclü boksçular iştirak ediblər.

Qeyd edək ki, Qabil Məmmədov Rusiya çempionu, Avropa çempionatının gümüş mükafatçısıdır. Bu ilin iyununda o, Minskdə keçiriləcək Avropa Oyunlarında iştirak edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.