“Orion” kosmik gəmisi Ayın orbitini tərk edərək Yerə qayıtmağa hazırlaşır
AzerTAg.az

Bakı, 3 dekabr, AZƏRTAC
“Artemis I” missiyası çərçivəsində orbitə buraxılan "Orion" kosmik gəmisi Ayın orbitini tərk edərək dekabrın 11-də Yerə qayıdacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsinin (NASA) cümə günü yaydığı bəyanatda deyilir.
NASA-nın məlumatına görə, “Orion” dekabrın 1-də Ay səthini tərk etmək üçün mühərrikini işə salıb. Dekabrın 5-də cihaz Yerin təbii peykinin səthindən 126,7 kilometr hündürlüyə qalxacaq və dekabrın 11-də San Dieqo şəhəri yaxınlığında Sakit okeana enəcək.
Noyabrın 16-da NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisini daşıyan super-ağır “Space Launch System” daşıyıcı raketini fəzaya buraxıb. İkinci mərhələ (Artemis 2) göyərtəsində ekipajın olduğu “Orion” kosmik gəmisinin Ayın ətrafında dövr etməsini, üçüncü (Artemis 3) mərhələ isə astronavtların Aya enişini və müntəzəm idarəolunan missiyaları nəzərdə tutur.
Xəbərin mətnində orfoqrafik səhv var