SİYASƏT


Örl Litzenberger: ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir

Bakı, 1 iyul, AZƏRTAC

ABŞ-ın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən tədbirdə bir çox rəsmiləri görməkdən çox məmnunam. Hesab edirəm ki, bu tədbir sayəsində dostlarımızla münasibətlərimizi daha da inkişaf etdirmək imkanımız olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ölkəsinin Müstəqillik Günü ilə əlaqədar Bakıda keçirilən rəsmi qəbuldan sonra jurnalistlərə açıqlamasında söyləyib.

“Ölkələrimiz arasında münasibətlər inkişaf edir. Bunu iki ölkənin yüksək rütbəli rəsmilərinin fəaliyyətləri də göstərir. Əminəm ki, bundan sonra da münasibətlərimizi inkişaf etdirəcək, həm Azərbaycanın, həm də regionun üzləşdiyi problemlərin və çağırışların öhdəsindən gələ biləcəyik”, - deyə səfir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.