CƏMİYYƏT


Orqanik qidaların üstünlüyü

Bakı, 16 noyabr, AZƏRTAC

Son vaxtlar “orqanik qida” ifadəsi çox işlənilsə də, təbii və təmiz məhsul mənasında qəbul edilir. Sadə dildə desək, orqanik qida məhsulları tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Həmin məhsulların yetişdirilməsində süni gübrələrdən, həşərata qarşı dərmanlardan, hormonlardan, antibiotiklərdən, boya və kimyəvi maddələrdən istifadə olunmur.

Həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “İstehsalat prosesində qeyri-üzvi gübrələr, kimyəvi qatqılar və pestisidlərdən istifadə olunmayan və yaxud müəyyən edilmiş normativlər çərçivəsində istifadə edilən məhsullar orqanik məhsullar sayılır”.

Onun dediyinə görə, orqanik qidalar bitki və heyvan mənşəli olmaqla iki qrupa bölünür: “Heyvandarlıq sayəsində orqanik təbiiliyi qorumaqla əlaqədar məsələlər kifayət qədər qənaətbəxş sayıla bilər. Ölkəmizin torpaq, su və iqlim şəraiti ona əsas verir ki, heyvanlar daha çox təbii mühitdə qidalansınlar. Sənayeləşmiş üsulla heyvandarlıq məhsullarının istehsalı geniş yayılmayıb. Bitki mənşəli orqanik qida məhsulu mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur. Onların yetişdirildiyi əkin sahələri ətraf mühit üçün daha faydalı hesab olunur, yəni pestisiddən istifadə olunmayan əkin sahələri ətraf ərazilərdə yaşayanlar üçün, o cümlədən quşlar və heyvanlar üçün daha təhlükəsiz hesab edilir. Orqanik məhsul istehsalı torpaq qatının zədələnməməsinə və bunun nəticəsində təbii heyvan və bitki sortlarının qorunub saxlanılmasına səbəb olur”.

Orqanik məhsulların istehlakı orqanizmə daxil olan antioksidantlar sayəsində ürək-damar xəstəlikləri, görmə problemləri və erkən qocalmanın qarşısının alınmasına faydalı təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.