ELM VƏ TƏHSİL


Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri müvafiq sahələrdə dərs deməyə dəvət edir

Bakı, 3 fevral (AZƏRTAC). İslam Əməkdaşlıq Təşkilatının “Təhsil mübadiləsi proqramı” çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv ölkələrdə dövlət və özəl təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri maliyyə və mühasibat, kompyuter elmləri, kompyuter təhsili və təlim texnologiyaları, təbii qaz və neft qazıntısı və istehsalı, üzvi kimya, termodinamika və istiliyin ötürülməsi sahələri üzrə ziyarətçi müəllim kimi dərs deməyə dəvət edir:

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://metu.edu.tr və http://ncc.metu.edu.tr internet səhifələrindən və nazirliyin beynəlxalq əlaqələr şöbəsindən (telefon: 496-34-14) əldə etmək olar.

Doldurulmuş ərizə forması və digər lazımi sənədlər aprelin 30-dək Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.