ELM VƏ TƏHSİL


Orta əsrlər tarixçisi Fəzlullah Rəşidəddinin “Təsir və dirçəliş” əsəri Azərbaycan dilində çap olunub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda orta əsrlər dövrünün görkəmli alimi, dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddinin “Təsir və dirçəliş” əsərinin fars dilindən tərcüməsi nəşr olunub.

Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, Azərbaycanın XIII-XIV əsr florasına həsr edilən kitabda yüzdən çox bağ və bostan bitkilərinin becərilməsi, toxumların mühafizəsi, peyvənd üsulları, ziyanvericilərə qarşı mübarizə və digər elmi-təcrübi məsələlər əks olunub. Kitab kənd təsərrüfatı tarixi ilə maraqlananlar, etnoqraflar və tarixçilər üçün maraqlı qaynaq ola bilər.

Monoqrafiyanın elmi redaktoru tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, rəyçilər isə tarix elmləri doktoru, professor Tofiq Mustafazadə və tarix üzrə fəlsəfə doktoru, dosent Fərəh Hüseyndir. Əsərin fars dilindən tərcüməsi, giriş məqaləsi, şərhlər və terminlərin göstəricisi mərhum alim Vaqif Piriyevə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.