ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrində oxuyanlar daha çox texniki ixtisaslara üstünlük veriblər

Bakı, 19 sentyabr, AZƏRTAC 

Ötən tədris ilində ölkəmizdə fəaliyyət göstərən 56 dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisəsində 51 min 741 tələbə oxuyub. Onların 47 min 597-si əyani, 4 min 144-ü qiyabi təhsil alıb. 2001-ci ildə isə orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 42 min 612 nəfər olub. Bu, illər keçdikcə orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayının artdığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas təhsil müəssisələrində tələbələr daha çox texniki və texnoloji ixtisaslara (12 min 254 nəfər) üstünlük veriblər. İkinci yerdə təhsil ixtisasları qrupu (10 min 998 nəfər), üçüncü yerdə səhiyyə, rifah və xidmət ixtisas qrupları (10 min 61) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 1157 nəfər seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.