ELM VƏ TƏHSİL
Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcəkdir
Bakı, 18 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanlarının günləri təyin edilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyulun 17-dən avqustun 15-dək, orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət imtahanlarına qeydiyyat iyulun 17-dən 31-dək aparılacaq, qabiliyyət imtahanları isə avqustun 5-dən 13-dək davam edəcəkdir.
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı avqustun 25-də, boş plan yerlərinə ixtisas seçimi sentyabrın 9-dan 12-dək keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]