ELM VƏ TƏHSİL
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri sentyabrın 4-də açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələrini TQDK–nın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Qəbul olunanlar sentyabrın 7-dən 10-dək hər gün saat 9:00-dan 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.