ELM VƏ TƏHSİL
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxslərin qeydiyyat müddəti uzadılıb VİDEO
Bakı, 18 avqust (AZƏRTAC). 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, qeydiyyat müddətinin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, bu müddət avqustun 22-si saat 17.00-dək uzadılıb.
Beləliklə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.