ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrinin sayı açıqlanıb

Bakı, 14 avqust, AZƏRTAC

Tədris ilinin əvvəlinə Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin sayı 59 olub. Bu təhsil müəssisələrini 56 min tələbə bitirib. Onlardan 51 min 200-ü əyani, 4 min 800-ü qiyabi təhsil alıb.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, 2019-2020-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə 18 min 900 nəfər qəbul olunub. Onlardan 17 min 600 nəfər əyani, 1300 nəfər isə qiyabi təhsil alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.