ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı”na (təsnifat linkdə verilib) əsasən Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə aşağıdakı xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları keçirəcək:

Fiziki tərbiyə müəllimliyi;

Rəqs müəllimliyi;

Aktyor sənəti;

Aşıq sənəti;

Bədii yaradıcılıq işi;

Dekorativ tətbiqi sənət (sahələr üzrə);

Dizayn (sahələr üzrə);

Heykəltaraşlıq;

Xoreoqrafiya sənəti (sahələr üzrə);

İnstrumental ifaçılıq (alətlər üzrə);

Kinooperator sənəti;

Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

Rəngkarlıq (sahələr üzrə);

Teatr dekor sənəti;

Vokal sənəti (sahələr üzrə).

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul proqramları “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.