ELM VƏ TƏHSİL


Orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün “Atlas”ın yeni nəşri çapdan çıxıb

Bakı, 25 yanvar, AZƏRTAC

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan “Atlas”ın yeni nəşri Azərbaycan və rus dillərində çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil İnstitutu və Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib. Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu vəsaitin xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminova və digərlərinə aiddir.

Dərs vəsaiti “Coğrafi məkan”, “Təbiət”, “Cəmiyyət” və “Azərbaycan Respublikası” başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan “Atlas”a Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.