İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106018754 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 93.7555 AZN (11.0000 faiz) və 100.6527 AZN (8.2499 faiz) olan 17 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.2604 AZN (8.4000 faiz), orta ölçülmüş qiyməti 100.4610 AZN (8.3231 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 529 min 500 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil edib.
İstiqrazlar 2022-ci il sentyabrın 20-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]