İQTİSADİYYAT


Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105003856 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 97.9307 AZN (7.99 faiz) və 100.4613 AZN (6.6 faiz) olan 12 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1 milyon AZN (6.85 faiz), orta ölçülmüş qiyməti 100.3112 AZN (6.6811 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 112 min 900 manat, yerləşdirilmiş həcmi isə 6 milyon 978 min 200 manat təşkil edib. İstiqrazlar 2022-ci il noyabrın 29-da ödəniləcək. Hərrac iştirakçıları dekabrın 2-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.