İQTİSADİYYAT


Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0106023887 ISIN-li, 20 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6678 AZN (7 faiz) və 100.9456 AZN (6.15 faiz) olan 20 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100.7285 AZN (6.23 faiz), orta ölçülmüş qiyməti 100.8189 (6.1966 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 108 milyon 944 min 800 manat, yerləşdirilmiş həcmi isə 20 milyon manat təşkil edib. İstiqrazlar 2024-cü il iyulun 23-də ödəniləcək. Hərrac iştirakçıları iyulun 28-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.