İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 3-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108024883 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 95.6048 AZN (8.6 faiz) və 101.4499 AZN (7.15 faiz) olan 27 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.0330 AZN (7.25 faiz), orta ölçülmüş qiyməti 101.2438 AZN (7.1993 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon 739 min 100 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il iyulun 28-də ödəniləcək. Hərrac iştirakçıları avqustun 4-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.