Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az

Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108033884 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.8416 AZN (7 faiz) və 102.3790 AZN (5.45 faiz) olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2894 AZN (5.6999 faiz), orta ölçülmüş qiyməti 101.4055 AZN (5.6732 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87 milyon 937 min 600 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il oktyabrın 20-də ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 27-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Xəbərin mətnində orfoqrafik səhv var