İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108036887 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 91.8891 AZN (8 faiz) və 102.2913 AZN (5.47 faiz) olan 18 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.8978 AZN (5.56 faiz), orta ölçülmüş qiyməti 102.0937 AZN (5.5151 faiz faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 423 min 500 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edib. İstiqrazlar 2026-cı il dekabrın 1-də ödəniləcək. Hərrac iştirakçıları hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.