İQTİSADİYYAT


Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105002940 ISIN-li, 5 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 100 AZN (4.5 faiz) və 101.9154 AZN (3.5 faiz) olan 10 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 101.9154 AZN (3.5 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29 milyon 962 min manat, yerləşdirilmiş həcmi isə 7 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2024-cü il yanvarın 16-da ödəniləcək. Hərrac iştirakçıları yanvarın 19-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.