İQTİSADİYYAT
Ortamüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 25 yanvar, AZƏRTAC
Yanvarın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0108003945 ISIN-li, 35 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 91.8891 AZN (8 faiz) və 101.8100 AZN (5.5801 faiz) manat olan 21 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 101.5062 AZN (5.65 faiz) manat, orta ölçülmüş qiyməti 101.6475 AZN (5.6174 faiz) manat müəyyələşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 milyon 24 min manat, yerləşdirilmiş həcmi isə 52 milyon 500 min manat təşkil edib. İstiqrazlar 2027-ci il yanvarın 19-da ödəniləcək. Hərrac iştirakçıları yanvarın 26-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.