İQTİSADİYYAT
Orxan Məmmədov: Azərbaycan və Rusiya aqrar sektorda sıx əməkdaşlıq edir
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində kiçik və orta biznesin inkişafına həsr edilmiş “dəyirmi masa”da hər iki tərəfdən 70-dək biznes nümayəndəsi iştirak edib. Burada məsələlərin geniş spektri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov deyib.
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında kiçik və orta biznes sahəsində əməkdaşlığın əsas istiqamətlərinə kənd təsərrüfatı, yüngül sənaye, informasiya-kommunikasiya sahəsi, ağır sənaye və turizm daxildir. Tədbirdə kənd təsərrüfatı, o cümlədən halal ət məhsullarının istehsalı sahəsində sıx əməkdaşlıq yarandığı qeyd olunub, bu məhsulun ixrac imkanları müzakirə edilib.