İQTİSADİYYAT


Orxan Məmmədov: Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına ehtiyac var

Bakı, 10 dekabr, AZƏRTAC

Gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına ehtiyac var.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumunda KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib.

"Startapların maliyyələşdirilməsinə marağı artırmalıyıq. Bu marağı artırmaq üçün banklar və investorlarla fərdi qaydada işlərin aparılması zərurəti var. Gənclərin təqdim etdikləri innovativ layihələrin maliyyələşdirilməsi üçün Gənclər Fondunun vəsaiti hesabına banklar vasitəsilə 50 min manatadək güzəştli kreditlərin verilməsi mexanizmi mövcuddur. Hesab edirik ki, bu prosesə KOBİA tərəfindən də dəstək göstərilə bilər və bu istiqamətdə Gənclər Fondu ilə əməkdaşlıq etməyə hazırıq", - deyə O.Məmmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.