İQTİSADİYYAT


Orxan Məmmədov: KOBİA xüsusilə qadın və əlil sahibkarlara böyük dəstək göstərir

Bakı, 12 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində böyük dəstək göstəririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkədə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. Sərginin gedişatından görünür ki, qadın sahibkarlar çox aktivdir.

O.Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.