İQTİSADİYYAT


Orxan Məmmədov: KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır

Bakı, 14 noyabr, AZƏRTAC

Hazırda KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov noyabrın 14-də “Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarına çıxışında şəffaflıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən forumda deyib.

“Agentliyin əsas mandatlarından biri KOB-ların maliyyə resurslarına çıxışını əlçatan etmək, eləcə də sahibkarlar tərəfindən təklif olunan investisiya layihələrini maliyyə qurumları ilə əlaqələndirməkdən ibarətdir. KOBİA-ya daxil olmuş sahibkar müraciətlərinin təhlili onu deməyə əsas verir ki, hazırda KOB-ların əsas çətinliklərindən biri maliyyə resurslarına çıxışın məhdud olması ilə bağlıdır. Hesab edirik ki, bu çətinlikləri yaradan səbəbləri təkcə sahibkarlardan öyrənmək və məsələyə birtərəfli qaydada baxmaq düzgün olmaz. KOBİA ölkədəki maliyyə qurumları ilə sıx əməkdaşlıq edərək onların bu məsələdə mövqeyini, o cümlədən təhlil və təkliflərini öyrənməkdə maraqlıdır. Agentlik ilə banklar arasında əməkdaşlığın daha sıx həyata keçirilməsi fikrimizcə inkişaf hədəflərinin reallaşmasına öz töhfəsini verəcək. Bu əməkdaşlıq, sahibkarlara maliyyə dəstəyini digər çoxsaylı dəstək tədbirləri ilə əlaqəli şəkildə həyata keçirilməsinə səbəb olmaqla səmərəliliyi yüksəltməyə imkan yaradacaq”, - deyə O.Məmmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.