MƏDƏNİYYƏT


Orxan Paşanın şeirlər kitabı İranda nəşr edilib

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar. Bu günlərdə M.Qasımlının – Orxan Paşanın “Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı İranda nəşr olunub.

Azərbaycan Aşıqlar Birliyindən AZƏRTAC-a bildirilib ki, “Əxtar” nəşriyyatında işıq üzü görən kitabı nəşrə Məcid Teymurifər (Səfa) hazırlayıb.

Kitabda müəllifin uzun illər ərzində taleyindən və ürəyindən keçən düşüncələri əks etdirən kiçik qeydləri toplanıb. Burada həyati müşahidələrdən irəli gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və s. yer alıb.

Xatırladaq ki, müəllifin eyniadlı kitabı 2017-ci ildə Bakıda “Elm və təhsil” nəşriyyatında çap olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.