İDMAN


Orxan Səfərov Avropa çempionatının qalibi olub

Bakı, 19 noyabr, AZƏRTAC

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, qitə çempionatında finala qədər italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, serbiyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiyanın daha bir cüdoçusu Strahinja Buncıcə də qalib gəlib. Finaldakı rəqibi İsrail cüdoçusu Tal Flicker üzərində də inamlı qələbə qazanan O.Səfərov Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir.

Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.