MƏDƏNİYYƏT


Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb

Bişkek, 20 aprel, AZƏRTAC

Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Taalaybek Sarıbaşov türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışıb.

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycan, Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Rafiq Bayramov, Əhməd Xaluk Dursun və Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbriklərini çatdırıblar.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.