DÜNYA
Osaka prefekturasında yeraltı təkanlar davam edir
Tokio, 19 iyun, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Osaka prefekturasında baş verən güclü zəlzələdən sonra təkanlar davam edir.
Xatırladaq ki, iyunun 18-də səhər saat səkkiz radələrində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində 4 nəfər həlak olub, 370 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Prefektura ərazisində təkrar təkanlar davam edir. Gecə saat 00:30 radələrində 4 bal gücündə təkrar zəlzələ qeydə alınıb.
Yaponiya Meteorologiya Agentliyinin nümayəndələri torpaq sürüşmələri və zərərçəkən rayonlarda binaların uçması təhlükəsi barədə xəbərdarlıq yayıblar. Qarşıdakı həftə ərzində təkanların davam edəcəyini nəzərə alan hakimiyyət orqanları sakinləri ayıq olmağa çağırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]