MƏDƏNİYYƏT
Osetiya Teatrının rəhbəri Musiqili Teatrın qonağı olub
Bakı, 22 may, AZƏRTAC
Şimali Osetiya–Alaniya Respublikasının Vladimir Txapsayev adına Dövlət Akademik Milli Dram Teatrının direktoru və baş rejissoru, Xalq Artisti Vladislav Kоliyev Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevlə görüş zamanı iki sənət ocağı arasında əməkdaşlığın inkişafı, qastrol səfərlərinin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Sərhədsiz teatr” III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində ölkəmizə gəldiyini və yaranmış fürsətdən istifadə edərək Musiqili Teatra baş çəkməyi özünə şərəf bildiyini deyən V.Koliyev Azərbaycanın nüfuzlu teatrları ilə sıx əməkdaşlığın yaradılmasının zəruri olduğunu bildirib.
Əliqismət Lalayev yeni əlaqələrin yaradılmasını yüksək qiymətləndirib və əməkdaşlığın uğurla davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]