Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Öskürək üç həftədən çox davam edərsə...

Öskürək üç həftədən çox davam edərsə...

Bakı, 24 yanvar, AZƏRTAC 

Son zamanlar respirator infeksiyaların çox yayılması orqanizmdə immunitetin zəifləməsi fonunda bir sıra xroniki xəstəliklərin, o cümlədən vərəm xəstəliyinin aktivləşməsinə səbəb olur.

Azərbaycan Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu problemlə bağlı aparılan araşdırmalara əsasən universitetin Ftiziatriya kafedrasının müdiri, dosent Rafiq Bayramovun fikirlərini öyrənilib.

R.Bayramovun sözlərinə görə: “Bronx-ağciyər aparatının 800-ə yaxın xəstəliyi mövcuddur ki, bu xəstəliklərə düçar olmuş insanların 50 faizindən çoxunda ilk altı ay ərzində heç bir əlamət müşahidə edilmir. Bronx-ağciyər xəstəlikləri üçün xarakterik sayılan öskürək əlaməti xəstələrin bir qrupunda uzun müddət ümumiyyətlə olmur. Buna görə də bir çox hallarda tənəffüs orqanları xəstəliyi olan şəxslər vaxtında həkimə müraciət etmədiyi üçün gecikmiş və yayılmış mərhələdə aşkar edilirlər. Tənəffüs orqanlarını, xüsusilə daha çox zədələyən vərəm xəstəliyi xroniki gedişli, azsimptomlu olub tədricən inkişaf etdiyi üçün bu xəstələr bəzi hallarda erkən mərhələdə aşkar edilmir. Belə ki, tənəffüs orqanlarının vərəmi olan xəstələr daha çox, ya kəskin respirator virus infeksiyalarından sonra sağalmanın olmaması, ya da vərəm prosesinin inkişafı nəticəsində əlamətlərin güclənməsi, xüsusilə qanhayxırmanın müşahidə edilməsi zamanı həkimə müraciət edirlər. Bu baxımdan insanların hazırda bütün dünyada geniş yayılmış və tənəffüs orqanlarını daha çox zədələyən vərəm xəstəliyi, onun əlamətləri haqqında məlumatlı olmaları vacibdir”.

Bu baxımdan kafedra müdiri vərəm xəstəliyinin xüsusiyyətləri və müalicəsi barədə məlumat da verib. Bildirilib ki, bu xəstəlik vərəm çöpləri tərəfindən törədilən xroniki infeksion xəstəlikdir. Vərəm infeksiyası daha çox tənəffüs orqanlarını, ağciyərləri zədələyir. Amma vərəm bütün orqanlarda müşahidə edilə bilər. Belə ki, rast gəlmə tezliyinə görə tənəffüs orqanlarının vərəmindən sonra sümük-oynaq sisteminin, sidik-cinsiyyət orqanlarının, beyin qişalarının və s. digər bütün orqanların vərəmi müşahidə edilir. Bu xəstəliyə insanlar əsasən tənəffüs yolu vasitəsilə (hava-damcı və hava-toz yolu) yoluxurlar. Vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələr epidemioloji baxımdan daha təhlükəlidirlər. Çünki daha çox belə xəstələrin öskürməsi və asqırması zamanı ətrafdakı sağlam insanların vərəmə yoluxması baş verir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin təxminən 1/3 hissəsi vərəm infeksiyasına yoluxub və hər il dünyada on milyonadək insan vərəmlə xəstələnir ki, bunların da üç milyonu bu xəstəlikdən dünyasını dəyişir. Yəni, dünyada təxminən hər on saniyədən bir nəfər bu xəstəlikdən ölür. Vərəm çöpləri ilə yoluxanların on faizə qədərində vərəm xəstəliyi inkişaf edir. Yoluxmuş insanların qalan 90 faizində isə vərəm çöpləri latent (“yatmış”) formada qalaraq insanın ömrünün sonunadək xəstəlik törətmir və ya immunitetin zəifləməsinə səbəb olan hər hansı bir faktorun təsirindən aktivləşərək vərəm xəstəliyi törədir.

R.Bayramov vərəmlə hər kəsin xəstələnə biləcəyini vurğulayıb .

Qeyd olunub ki, vərəmlə xəstələnməyə görə risk qrupu vardır ki, bu qrupa hormonal terapiya alan endokrinoloji və şəkərli diabet olan xəstələr, açıq ürək əməliyyatı və orqan köçürülməsi əməliyyatı olunanlar, hamiləlik və doğuşdan sonrakı dövrdəki qadınlar, tibb müəssisələrinin (əsasən qəbul şöbələri və vərəm əleyhinə müəssisələrin) personalı, qidalanması zəif, yaşayış şəraiti qeyri-qənaətbəxş (xüsusilə, nəmişlik və günəş şüası düşməyən) olan insanlar, tütünçəkənlər, alkoqoliklər, narkomanlar, tüfeyli həyat keçirənlər, QİÇS olan xəstələr, cəzaçəkmə müəssisələrində cəza çəkənlər və oradan azad olunanlar, hərbi qulluqçular və s. aiddirlər. Amma bu, heç də o demək deyil ki, yalnız sadalanan risk qrupundan olan insanlar vərəmlə xəstələnə bilər. Əslində hər kəs ömrünün istənilən dövründə vərəmə tutula bilər. Praktik olaraq da yaşayış şəraiti, qidalanması çox yaxşı olan və sadalanan risk qruplarına aid olmayan insanlar arasında da vərəm xəstəliyinin rastgəlinmə halları heç də az deyildir.

Bundan əlavə dosent bildirib ki, vərəm xəstəliyi üçün mütləq patoqnomik olan əlamət yoxdur, yəni elə bir əlamət yoxdur ki, ona əsasən müayinə etdiyimiz şəxsdə vərəm xəstəliyinin olduğunu əminliklə deyək. Amma vərəm zamanı ən çox rast gəlinən əlamətlər axşamüstü zəif subfebril hərarətin (37,2-37,4 C) olması, ümumi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsi, gecələr səhərə yaxın boyun, ənsə, kürək nahiyəsinin tərləməsi (“nəm yastıq” simptomu) olanlardır. Bu əlamətlərlə yanaşı, vərəm xəstəliyi zamanı iştahasızlıq, arıqlama, tənəffüs orqanlarının vərəmi zamanı öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar, qanhayxırma və ağciyər qanaxması müşahidə edilir. Xüsusilə, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən əgər öskürək üç həftədən çox davam edərsə, həmin şəxsin vərəmə görə mütləq müayinə olunması lazımdır.

Vərəm müalicə olunan və tam sağalan xəstəlikdir. Təbii ki, xəstəlik nə qədər tez aşkar edilib, vaxtında müalicəyə başlanılıb tam kompleks müalicə edilərsə, nəticə bir o qədər effektli olar. Amma vərəmin müalicəsi uzunmüddətlidir. Belə ki, vərəmin ən məhdud formasının kompleks müalicəsi fasiləsiz olaraq, minimum altı-səkkiz ay arası davam etdirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək