SİYASƏT


Osloda yaşayan bir qrup azərbaycanlı Vətən müharibəsi ilə bağlı məlumatlandırma aksiyası keçirib

Oslo, 28 sentyabr, Rauf Əliyev, AZƏRTAC

Osloda yaşayan bir qrup azərbaycanlı Vətən müharibəsi ilə bağlı məlumatlandırma aksiyası keçirib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Norveçdəki CAN təşkilatın təşkilatçılığı ilə Oslo şəhərinin mərkəzində baş tutan məlumatlandırma aksiyasında, Vətən müharibəsi qurbanları və şəhidləri haqqında yerli ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verilib.

Əllərində məlumat banerləri tutan diaspor üzvlərimiz ölkəmizə qarşı uzun illər davam edən işğalçılıq, etnik təmizləmə, qətliam, hərbi hücumlar və davamlı təhdid haqqında məlumat verərək, Vətən müharibəsinə gətirib çıxaran bu amillər barəsində maraqlanan insanlara danışıb. Qeyd olunub ki, üç minə yaxın əsgərimizin qanı bahasına başa gələn Qələbə ilə Azərbaycan birdəfəlik ərazi bütövlüyünü bərpa edərək, bir vaxtlar bu ərazilərdən qovulan bir milyondan çox qaçqın və məcburi köçkünü doğma yurd-yuvalarına qaytarmaq niyyətindədir.

Tədbir əsnasında müharibədə şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin, Erməni silahlılar tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində qətlə yetirilən mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Oslo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.