SİYASƏT


Oslonun mərkəzində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb VİDEO

Stokholm, 28 dekabr, AZƏRTAC

Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu layihə Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barədə məlumatlandırmaq, müharibə zamanı baş verənlərə diqqət çəkməkdir.

Bilbordlarda üç məqam yer alıb: Birlikdə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün fəal şəkildə işləyə bilərik; Birlikdə sülh müqaviləsinə riayət olunmasına və ona hörmət edilməsinə səylər göstərə bilərik; Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik.

Lövhələrdə dünya ictimaiyyətinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırış da yer alıb.

Qeyd edək ki, bilbordlarda istifadə edilən fotoların bir hissəsi dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən çəkilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.