ELM VƏ TƏHSİL


“Osmanlı imperiyasında erməni məsələsi problemi” kitabı yenidən nəşr olunub

Bakı, 14 mart, AZƏRTAC

“Lambert Academic Publishing” nəşriyyatı Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun “Osmanlı imperiyasında erməni məsələsi problemi” monoqrafiyasını təkrar nəşr edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya Osmanlı tarixinin olduqca mürəkkəb, ziddiyyətli və eyni zamanda, maraqlı bir dövrünü əhatə edir. Əsərdə XIX əsrdə Osmanlı imperiyasında “erməni məsələsi” adlı qondarma problemin meydana çıxarılmasında çar Rusiyasının, İngiltərənin, Fransanın, eləcə də erməni kilsəsi və missioner təşkilatların rolu araşdırılıb. Həmçinin Türkiyə tarixşünaslığında bəhs olunan problemlə bağlı mövcud baxışlar ortaya qoyulub. “Erməni məsələsi” probleminin əsl mahiyyətinin açılması üçün Azərbaycan, Rusiya və Qərb tədqiqatçılarının əsərləri müqayisəli şəkildə təhlil edilib.

Monoqrafiya mütəxəssislər, tarixçilər, siyasətçilər, habelə Osmanlı tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.