CƏMİYYƏT


Osteoporoz: sağlam oynaqların qorunması üçün məsləhətlər

Bakı, 21 oktyabr, AZƏRTAC

Mütəxəssislərin fikrincə, hazırda sümüklərin zəifləməsinə və asanlıqla qırılmasına səbəb olan osteoporoz xəstəliyi artır. Oynaqlarınızın sağlam qalması üçün hansı sadə üsullardan istifadə olunmalıdır? Sümüklərin yaşa dolduqca zəifləməsi barədə insanları məlumatlandımaq məqsədilə hər il oktyabrın 20-si Ümumdünya Osteoporoz Günü qeyd olunur. Osteoporoz hər iki cinsdən olan insanlara təsir edir. Lakin bu xəstəlikdən daha çox yaşlı qadınlar əziyyət çəkir. Tədqiqatlar göstərir ki, dünyada 50-dən çox yaşı olan hər üç qadından və hər beş kişidən biri sümük sınıqlarından əziyyət çəkir. AZƏRTAC “MedikForum” saytına istinad edərək bu xəstəliklə mübarizənin sadə üsulları barədə məlumat verir.

Osteoporoz xəstəliyinə tutulmağın əsas səbəblərindən biri yaşa dolduqca sümüklərimizdə kalsium həcminin azalmasıdır. Bu təbii proses, qadınlarda (40 yaşdan sonra) estroqen səviyyəsinin aşağı düşməsi, kişilərdə (əsasən yaşı 60-dan yuxarı olanlarda) isə, müxtəlif hormonal və iltihab dəyişikliklərinin baş verməsi səbəbindən get-gedə intensivləşir və bunun nəticəsində sümüklər tədricən deşilir.

Alimlərin fikrincə, belə halların baş verməməsi üçün ən gənc yaşlarında ikən sümüklərdə kalsium ehtiyatı yaratmaq lazımdır. Qeyd edək ki, sümüklərimiz kalsiumu qana keçən qida məhsullarından alır.

Kalsiumun səviyyəsini artırmağın daha bir sadə üsulu kalsiumla zəngin olan süd, kəsmik, yaşıl yarpaqlı tərəvəz, balıq, qoz-fındıq kimi qidalardan çox istifadə olunmasıdır. Eyni zamanda, sümüklərdəki sıxlığı azaldan rafinə edilmiş şəkərin, duzun, qazlı içkilərin, qablaşdırılmış şirələrin və kofeinin qəbulunu məhdudlaşdırmaq məsləhət görülür.

Sümükləri və oynaqları sağlamlaşdıran, təmin edən digər bir üsul barədə. İdman hərəkətləri və fiziki fəaliyyət sümük kütləsinin sıxlığını, möhkəmliyini təmin edir, kalsiumun metabolizmini aktivləşdirir. Əgər siz hər gün sürətli gəzintiyə, qaçışa, aerobikaya, rəqsə, üzgüçülüyə 5-30 dəqiqənizi sərf etsəniz, bütün bunların faydalı olduğunu hiss edəcəksiniz.

Mütəxəssislər sağlam oynaqların qorunması üçün daha bir neçə sadə məsləhət tövsiyə edirlər. Bu cəhətdən, kifayət qədər D vitamininin qəbuluna, spirtli içkilərin məhdudlaşdırılmasına, keyfiyyətli və rahat ayaqqabılardan istifadəyə üstünlük verilir.

Mütəxəssislər, həmçinin xəbərdarlıq edirlər ki, sümüklərin zəifləməsinə və osteoporozun inkişafına diabet xəstəliyinin təyin edilməməsi də səbəb ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.